Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Tacikistanla sərhəddə gərgin döyüşlərin getdiyini açıqlayıb.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
“Atəşin dayandırılması səylərinə baxmayaraq, təəssüf ki, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək, bizim ərazimizi ələ keçirməyə cəhd edir”, - deyə QKNB bildirib.
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar “Tacikistanın hərbi təcavüzünü” dəf etməkdə davam edirlər.
Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 16-da səhər saatlarında başlayıb. Qırğızıstanın sərhəd idarəsi bildirib ki, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Öz növbəsində Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, Qırğızıstan sərhəd dəstəsinin hərbçiləri müqavilənin şərtlərini pozaraq Tacikistanın “Düşənbə” sərhəd zastavasını ağır silahdan atəşə tutublar.
Bundan əvvəl Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 18 Qırğızıstan vətəndaşının yaralandığını bildirmişdi.
***10:10
Qırğızıstan və Tacikistan nümayəndələri danışıqlar aparıb və sərhəddə atəşkəs barədə razılığa gəliblər.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti (PS) məlumat yayıb.
Tərəflər saat 10:00-dan atəşkəs barədə razılığa gəliblər.
Ötən günlərdə səhər saatlarında iki ölkə sərhədində atışma olub. Tərəflər ardıcıl olaraq bir-birini münaqişəni gərginləşdirməkdə ittiham edir.
Qırğızıstan Tacikistanı sərhəddə “xain hücumda” günahlandırıb, Tacikistan isə atəşə başlayanın Qırğızıstan tərəfi olduğunu bildirib.
Atışmalardan sonra Tacikistanla sərhəddə yerləşən qırğız kəndlərinin boşaldılmasına başlanılıb.
Atəşkəsə baxmayaraq Qırğızıstan-Tacikistan sərhəddində ATIŞMA GEDİR
16
sentyabr
10:48
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı