Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atışma baş verib.
TASS xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb.
"2022-ci il sentyabrın 14-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı insident baş verib", - məlumatda deyilir.
Hadisə Qırğızıstanın Batken vilayətinin Bulak-Başı kəndində qeydə alınıb. 
скачать dle 12.1