Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 2022-ci il sentyabrın 16-da Pakistan İslam Respublikasının Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşüb.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidmətindən verilən məlumata görə, görüşün əvvəlində Musadik Məsud Malik Pakistan dövlətinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan hərbiçilərimizin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib.
Söhbət zamanı Azərbaycan-Pakistan münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, neft-qaz sektorunda, xüsusilə neft məhsullarının ticarəti, maye təbii qaz (LNG) təchizatı, həmçinin təbii qaz infrastrukturunun inkişafı istiqamətlərində qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə SOCAR-ın uzunmüddətli strateji təşəbbüslərindən bəhs edilib, regional və qlobal enerji layihələri, habelə xarici ölkələrdə reallaşdırdığı investisiyaları haqqında nazirə məlumat verilib.
Bu xüsusda, Pakistan şirkətləri ilə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Pakistanlı nazirdən Azərbaycana dəstək
17
sentyabr
10:28
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev