Ukrayna Hərbi Hava Qüvvələri İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarını zərərsizləşdirməyin yollarını tapıb.
"RBK Ukraina” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın müharibədə istifadə etdiyi İran PUA-ları ilə mübarizə aparmaq məqsədilə tərəfdaşlara müraciət ünvanlayıb.
Qeyd edək ki, ABŞ və İsrail Ukraynaya İran PUA-larına qarşı mübarizə aparmaq məqsədilə antidronlar verib.
Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı. BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən "Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir.
Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər. Ümumi adına baxmayaraq, "Şahed-129" və "Şahed-191" çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, "Şahed-129” İran mühəndislərinin əlinə keçən İsrailin "Hermes 450” dronu əsasında yaradılıb. "Şahed-191” isə ABŞ-ın "Q-170 Sentinel” dronuna əsaslanır.
Təxminən, on gün əvvəl Ukrayna səmasında İrana məxsus PUA-lar müşahidə olunub və zərərsizləşdirilib. Bundan sonra Ukrayna İranla münasibətlərini yenidən nəzərdən keçirərək səfiri ölkəsindən qovub, diplomatik korpusun əməkdaşlarının sayını azaldıb.
Ukrayna İran PUA-larını zərərsizləşdirməyin yollarını tapıb
29
sentyabr
15:29
Qarabağ
KOMMENTLƏR
Ukrayna İran səfirini ölkədən qovdu
Ukrayna Prezident Ofisi: “İran hələ də sivilizasiyaya necə yüksələcəyini anlamayıb”
Ukrayna Rusiyanın daha 1 təyyarə və 4 helikopterini vurdu
İran təyyarələri Rusiyaya naməlum yüklər daşımağa başlayıb
ABŞ Rusiyaya verilən PUA-lara görə İrana sanksiya tətbiq edəcək Ətraflı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı