Sentyabrın 23-də İran İslam Respublikasının müvəqqəti işlər vəkili Ukraynadakı İran Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb, səfir akkreditasiyasından məhrum edilib.
Bu barədə Ukrayna XİN məlumat yayıb.
“İran tərəfinə bildirilib ki, Rusiya qoşunlarının Ukraynanın mülki əhalisinə və müdafiə qüvvələrinə qarşı istifadəsi üçün Rusiyaya İran silahlarının tədarükü İranın ali rəhbərliyin açıq şəkildə bəyan etdiyi neytrallıq, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət mövqeyinə birbaşa ziddir. Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiyaya silah tədarükü Ukrayna ilə İran arasında münasibətlərə ciddi zərbə vuran qeyri-dost hərəkətdir.
Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna tərəfi İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin İranın Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını xeyli azaltmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu yaxınlarda Ukrayna Silahlı Qüvvələri Ukraynada İrana məxsus “Mohajer-6” hücum pilotsuz təyyarəsini vurub.
Bundan əvvəl Ukrayna hərbçiləri İran istehsalı olan “Şahed-136” kamikadze-dronlarını vurub. Yenidən rənglənmiş və adı dəyişdirilərək “Geran-2” olan “Şahed-136” PUA-ları getdikcə daha çox Ukraynanın zirehli və artilleriya maşınlarının mövqelərinin yaxınlığında aşkar edilir. \Report
Ukrayna İran səfirini ölkədən qovdu
24
sentyabr
10:10

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat