Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun mətbuat katibi Sergey Çerevatı Donetsk vilayətinin Torske kəndinin azad edildiyini açıqlayıb.
“UNIAN” xəbər verir ki, o, bu barədə telemarafonun efirində deyib.
Liman istiqamətində çoxlu sayda rus hərbçilərinin mühasirəyə alınması ilə bağlı yayılan xəbərlərlə bağlı sualı cavablandıran Çerevatı deyib ki, rusların bəziləri məhv edilib:
“Bəziləri əsir götürülüb, bəziləri isə müəyyən kolonlar və ya kiçik qruplar halında çıxıb gedə biliblər. İndi onlardan bəziləri Kreminnayadakı müdafiəni gücləndirməyə çalışır. Buna uyğun olaraq, bölmələrimiz orada işlərini davam etdirir, çünki rusların qalıqları hələ də meşələrdədir. Vəziyyətin sabitləşdirilməsi, işğalçıların qalıqlarının məhv edilməsi və ərazinin minalardan təmizləməsi isə bir xeyli vaxt aparacaq. Çünki bölgə ruslar tərəfindən minalanıb”.
“Həmçinin, bölmələrimiz artıq Kreminnayaya gedən yolda yerləşən Torske kəndini azad ediblər. Kreminnada möhkəmlənməyə və müdafiə qurmağa çalışan düşmən bölmələrinə isə artilleriya atəşi ilə ağır zərbələr endirir", - Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü bildirib.
Xatırladaq ki, oktyabrın 1-də Ukrayna Baş Qərargah İdarəsi Donetsk vilayətinin Liman qəsəbəsinin azad olunduğunu qeyd etmişdi. Avqustun sonundan intensivləşən Ukrayna əks-hücumlarının nəticəsində Xarkov vilayətinin İzyum və Kupyansk qəsəbələrinin azad olunmasından sonra Ukrayna ordusunu indiki hədəfi Luqansk vilayətinin Kreminna qəsəbəsidir.
“Rusların yarısını məhv etdik, yarısı qaçdı” - Ukrayna rəsmisi
03
oktyabr
13:40
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev