OLAY yazır ki, sənətçi 18 martda konsert proqramı ilə sevənləri qarşısında çıxış edəcək.
İfaçı “Baku Crystal Hall”da səhnə alacaq.

Qeyd edək ki, müğənni bu ilin mayında 2 gün ard-arda konsert vermiş, 2 saatdan çox səhnədə canlı performans göstərmişdi. Edisin konsertinə ümumilikdə 7 min adam qatılmışdı.
Bundan başqa, sənətçinin bilet satışları da sürətli tükənməsinə görə Azərbaycanda rekord qırıb. Belə ki, konsertə 6 saat ərzində 1000 bilet satılıb, 3 gün ərzində isə biletlər tükənib.


