Rusiya Prezidenti Vladimir Putinin Ryazan vilayətində poliqona səfəri zamanı hərbçilərlə davranışları diqqət çəkib.
Ukrayna KİV xəbər verir ki, Putin əsgərlərlə görüşü zamanı onların əllərini bərk-bərk sıxıb. 
Putinin davranışını şərh edən sosial şəbəkə istifadəçiləri Rusiya liderinin "yaxşı çar" kimi görünmək üçün aktyorluq məharətini ortaya qoymasını yazıblar.  
Xatırladaq ki, oktyabrın 20-də Rusiya lideri Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyqu ilə birlikdə Ryazan vilayətindəki poliqonda səfərbər olunanların hazırlığını yoxlamaq üçün gedib. Hərbçilərlə ünsiyyət zamanı Putinə əsgərlərin ləvazimatları göstərilib. 




скачать dle 12.1