Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı postlarına namizəd olmaqdan imtina edib.
“Düşünürəm ki, 2024-cü ildə keçiriləcək ümumi seçkilərdə Mühafizəkarlar Partiyasını qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında partiya seçkilərində uğur qazanmağım və cümə günü (28 oktyabr) Douninq Stritə qayıtmağım üçün yaxşı şans var. Amma son bir neçə gün ərzində, təəssüf ki, bunun sadəcə düzgün olmayacağı qənaətinə gəldim”.
O, həmçinin qeyd edib ki, formal olaraq baş nazir postuna namizəd kimi çıxış etmək üçün 102 mühafizəkar deputatın səsini əldə edə bilib.
Eyni zamanda Conson vurğulayıb ki, o, baş nazirliyə digər namizədlərlə - keçmiş maliyyə naziri Rişi Sunak və Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Penni Mordontla əlaqə saxlayıb. Keçmiş baş nazir milli maraqlar naminə birgə iş barədə razılığa gəlmək niyyətində olsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
“Ona görə də qorxuram ki, ən yaxşı seçim namizədliyimi irəli sürməmək və qalibə dəstək ifadə etmək olardı. Düşünürəm ki, təklif edə biləcəyim çox şey var, amma qorxuram ki, indi sadəcə doğru zaman deyil”.
Xatırladaq ki, Britaniyanın keçmiş baş naziri Liz Trass oktyabrın 20-də istefa verib.
Mənbə: TASS
Conson baş nazir postuna namizədlikdən imtina edib
24
oktyabr
10:26
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev