Moldova tarixdə ilk dəfə olaraq qərbdən şərqə revers rejimində təbii qaz idxal edib.
Bu barədə Moldovanın infrastruktur və regional inkişaf naziri Andrey Spinu “Telegram” hesabında məlumat verib.
Onun sözlərinə görə, “Energocom” 5,6 milyon kubmetr qaz alıb və bu qaz Slovakiyanın Ukrayna ilə sərhədində yerləşən “Budniki” tədarük məntəqəsi vasitəsilə idxal edilib.
“Moldova Respublikası ilk dəfə təbii qazı qərbdən şərqə revers rejimi vasitəsilə idxal edib və bununla da təbii qaz və elektrik enerjisinin yalnız Rusiya Federasiyasından gələ biləcəyi barədə mifin üstündən xətt çəkib”, - deyə Spinu bildirib.
O qeyd edib ki, alınan qaz “Energocom”un bu qış Moldovanı təmin etmək üçün yaratdığı ehtiyatları tamamlayır və ölkənin enerji müstəqilliyinə töhfə verir.
Moldovada təbii qazın hazırkı ehtiyatları 157 milyon kubmetrə çatıb.
Bu həftənin əvvəlində məlum olub ki, Rusiyanın “Qazprom” şirkəti noyabrda Moldovaya qaz tədarükünü 50% - sutkada 5,7 milyon kubmetrə qədər azaldıb.
Mənbə: Korrespondent
Andrey Spinu: “Moldova elektrik enerjisinin yalnız Rusiyadan gələ biləcəyi barədə mifin üstündən xətt çəkib”
03
noyabr
18:53
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev