Qazaxıstan Azərbaycanla neftin nəqli və marşrutların diversifikasiyası məsələləri üzrə danışıqları davam etdirir.
“Hazırda Energetika Nazirliyi Milli “KazMunayQaz” Şirkəti Səhmdar Cəmiyyəti ilə birgə ixrac istiqamətlərində neftin nəqli üçün əlavə marşrutlar hazırlayır. Xüsusilə, Azərbaycan istiqamətində neftin nəqli marşrutları (Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa, Aktau-Bakı-Batumi) nəzərdən keçirilir”, - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
“Hazırda Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan tərəfi üçün neftin nəqlində ən sərfəli marşrutdur. Əlavə marşrutların inkişafının nəzərdən keçirilməsi onların potensialından, iqtisadi məqsədəuyğunluğundan və digər əlaqəli, o cümlədən texniki amillərdən asılıdır. Bundan başqa Qazaxıstanda neft hasilatının artımı da nəzərə alınmalıdır”, - deyə nazirlik bəyan edib.
Xatırladaq ki, oktyabrın sonunda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov ölkənin Qazaxıstandan Bakı-Supsa neft kəməri ilə təminatlı neftin nəqlini gözlədiyini bildirmişdi.
Mənbə: İnterfaks
Qazaxıstan Azərbaycanla neft nəqli marşrutları üzrə danışıqları davam etdirir
07
noyabr
14:08
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev