Rusiya sülhməramlılarının müşayiəti ilə  Qarabağda erməni zəvvar Amaras monastırını ziyarət edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının icrası çərçivəsində, sülhməramlılar Qarabağda dinc həyatın bərpasına kömək göstərməyə davam edirlər. Rus sülhməramlıları Xankəndi şəhərindən Amaras monastırına və geri qayıdan erməni zəvvarların təhlükəsizliyini təmin edib.