Xarici KİV xəbər verir ki, oyunçular qalibiyyətə görə bahalı hədiyyəni bonus olaraq alacaqlar. Bir avtomobilin qiymətinin 460-550 min dollar arasında olduğu qeyd edilir.
Noyabrın 22-də Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub edib. Bu, milli komandanın dünya çempionatlarındakı tarixində dördüncü qələbəsi olub. Buna qədər komanda 1994-cü ildə Mərakeşə (2:1), Belçikaya (1:0), 2018-ci ildə Misirə (2:1) qalib gəlib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında futbolçuların uğuru şərəfinə istirahət günü də təşkil edilib.
İlk turdan sonra C qrupuna Səudiyyə Ərəbistanı başçılıq edir. İkinci oyunda isə komanda Polşa ilə qarşılaşacaq. Görüş noyabrın 26-da keçiriləcək.
