Bu barədə Henkenin agenti Şeri Koen xəbər verib.
Onun sözlərinə görə, aktyor yuxuda dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Aktyorluq karyerasına başlamazdan əvvəl ABŞ-nin Milli Futbol Liqasının (NFL) yarımmüdafiəçisi olan Henke “Təcili yardım” (ER), “Arli$$” (“Arliss”), “Sağ qalmaq” (“Lost”), “Bəraət almış” (“Frikjent”) və s. seriallarda çəkilib. 100-dən çox aktyorluq işi olan Bred “CSI”, “Ədalətli Emi” (“Judging Amy”), “İordaniyanı keçərkən” (“Crossing the Jordan”), “Dekster” (“Dexter”) kimi bir çox başqa filmlərdə də rol alıb.
Henke 2016-cı ildə “Komediya filmində ən yaxşı aktyor heyəti”nə görə digər aktyorlarla birlikdə Ekran Aktyorları Gildiyası Mükafatına layiq görülüb.