Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil azərbaycanlı model Səmra Hüseynovanın evinə qonaq gedib. 
Bu barədə Mehmet Ali Erbil öz “Instagram” profilində paylaşım edib.
Şoumen Səmra və anası ilə olan şəklini paylaşaraq “Azərbaycan yeməyi yeməyə gəldik” sözlərini qeyd edib.
Xatırladaq ki, Səmra Hüseynova “Miss Azərbaycan” titulunun daşıyıcısıdır. Onun bir neçə vaxtdır İstanbula köçdüyü bildirilir.

скачать dle 12.1