Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərindən Kiyevi böyük həcmdə müasir və uzaqmənzilli silahlarla təchiz etməyi xahiş edib.
O, bu barədə Aİ sammitinin iştirakçıları qarşısında videokonfransda çıxışı zamanı bildirib.
“Bizə daha müasir silahlara, daha çox tədarükə ehtiyacımız var, bu həm hava hücumundan müdafiəyə, həm də raket əleyhinə müdafiəyə aiddir. Mən Avropa İttifaqının 27 ölkəsinin hər birindən tədarüklərin həcmini artırmaq barədə qərar vermələrini xahiş edirəm”, - deyə Zelenski əlavə edib.
Ukrayna lideri hesab edir ki, növbəti altı ay “bir çox cəhətdən həlledici olacaq” və buna görə də Qərb ölkələri Ukraynaya heç də az olmayan həcmdə hərbi dəstək verməlidir.
Bundan əlavə, Zelenski Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevin irəli sürdüyü şərtləri müzakirə etmək üçün dünya sammiti təşkil etmək niyyətində olduğunu qeyd edib və Aİ liderlərini bu toplantıda iştirak etməyə çağırıb.
Zelenski Avropa liderlərindən kömək İSTƏDİ
15
dekabr
18:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat