Ukrayna prezidenti Volodimir Zelenski Avropa ölkələrini Rusiyanın etdiyi müharibəyə və deportasiyaya sponsorluq etməyi dayandırmağa, Rusiya neftinə Aİ miqyasında embarqo tətbiq etməyə çağırıb.
“RBK Ukrayna” xəbər verir ki, o, bu barədə Estoniya parlamentinə müraciətində bildirib.
“Aİ ukraynalıların deportasiyasını dayandırmaq və bütün insanları evlərinə qaytarmaq üçün Rusiyaya təsir edəcək vasitələr tapmalıdır. Avropa İttifaqının bunu təmin etmək gücü var və bu gücdən istifadə etməlidir. Rusiya zorla götürülmüş ukraynalıları, minlərlə oğurlanmış uşağı qaytarana qədər Avropa dövlətlərindən və ya şirkətlərindən heç bir pul almamalıdır. Avropa Birliyi deportasiyalara sponsorluq etməməlidir. Aİ-nin müharibəyə sponsorluq etmək hüququ yoxdur”, - Zelenski bildirib.
Dövlət başçısı vurğulayıb ki, Avropa liderləri sanksiyalar siyasətinə daha da ciddi yanaşmalıdır:
“Sanksiyalar bu gün Rusiyanı sülhə məcbur edən yeganə vasitədir. Yeni çox mühüm sanksiyalar paketini təsdiq edərkən, mən sizi Rusiya banklarının tam bloklanması ehtiyacını müdafiə etməyə və nəhayət, sanksiyalar paketinə nefti daxil etməyə çağırıram. Bizə bütün Avropa İttifaqı səviyyəsində embarqo lazımdır” – Zelenski qeyd edib.
Zelenski Aİ liderlərini tənqid etdi
13
aprel
22:04

Qarabağ
KOMMENTLƏR
Volodimir Zelenski: “Qərb Rusiya ilə oynamağı dayandırmalıdır”
"Aİ və ABŞ nüvə terrorizminə sponsorluq edir" - Volodin
"Rusiya Ukraynaya yeni zərbələr hazırlayır" - Zelenski
İsveçrə də Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib
Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar qoyulacağı sözünü verdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat