"Tehran və Avropa İttifaqı dialoqu davam etdirmək barədə razılığa gəliblər".
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İordaniyada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşündən sonra deyib.
“Biz razılaşdıq ki, açıq ünsiyyət saxlamalı və Vyana danışıqları əsasında JCPOA-nı bərpa etməliyik ”, - Borrell tvitter hesabında yazıb.
Borrell görüşün “İran və Aİ arasında münasibətlərin pisləşməsi fonunda” baş tutduğunu vurğulayıb. Eyni zamanda Borrell Tehranı “ Rusiyaya hərbi dəstəyi və İranda daxili repressiyaları” dayandırmağa çağırıb.
Dekabrın 12-də Avropa İttifaqı İrana qarşı sanksiyalar siyahısını genişləndirərək , ona 20 fiziki və bir hüquqi şəxs əlavə edib.
İran həmçinin 9 təşkilat və 23 şəxsə, Böyük Britaniya və Aİ-yə sanksiya tətbiq edib . Sanksiyalar Aİ ölkələri və Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq tətbiq edilib.
"Aİ və İran dialoqu davam etdirməyə razıdırlar" - Borrell
20
dekabr
18:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat