Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop prezident Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini açıqlayıb. 
Bu barədə dekabrın 28-də "Star" qəzeti məlumat yayıb. 
Onun sözlərinə görə, siyasətçi Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə mükafatlandırıla bilər.
Məlumata görə, siyasətçinin namizədliyini başqa ölkələr də elan edəcək.