Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müdafiə ehtiyaclarına 858 milyard dollar ayrılacaq, Ukrayna və NATO müttəfiqləri, sənədə əsasən, təxminən 45 milyard dollarlıq təcili yardım alacaqlar.
O da vurğulanır ki, Bayden qanun layihəsini Karib dənizi və Atlantik okeanının sərhədində Virgin adalarında olarkən imzalayıb.
Ağ Ev rəhbərinin özü də qanun layihəsini imzalaması ilə bağlı paylaşım edib.
