Amerikalı alimlər Android smartfonlarda telefon danışıqlarını dinləmək üçün nəzərdə tutulmuş yeni üsulu aşkar ediblər.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, telefon danışıqlarnı dinləmək üçün həmin danışıqları birbaşa audio formatda yazmağa ehtiyac yoxdur. Bunun üçün sadəcə olaraq bütün müasir smartfonlarda mövcud olan akselerometrdən istifadə etmək kifayətdir. Telefon danışıqlarının dinlənilməsi üçün nəzərdə tutulmuş bu yeni üsul EarSpy adını əldə edib və o, OnePlus 7T ilə OnePlus 9 smartfonlarında test edilib. Telefon danışıqlarının dinlənilməsi üçün nəzərdə tutulmuş yeni üsulun əsas məğzi danışıq zamanı smartfondakı olan səsgücləndiricinin yaratdığı vibrasiyaların akselerometr vasitəsilə oxunmasındadır.
Mütəxəssislər qeyd ediblər ki, bu üsul yalnız nisbətən yeni smartfonlarda keçərlidir. O qədər də bahalı olmayan və köhnə smartfonlarda mövcud olan səsgücləndiricilər bu üsulun istifadəsi üçün yetəri gücə sahib deyillər. Mütəxəssislər təcrübə çərçivəsində öncədən yazılmış nitqi OnePlus 7T ilə OnePlus 9 smartfonlarının səsgücləndiricilərində işə salıblar. Physics Toolbox Sensor Suite adlı tətbiq isə nitqin səsləndirilməsi zamanı smartfonlardakı akselerometr göstəricilərini əldə edib. Yekunda əldə edilmiş bütün məlumatlar xüsusi olaraq təlimatlandırılmış neyron şəbəkəsi tərəfindən emal edilib.
Nəticədə OnePlus 9 modelində danışan şəxsin cinsini 88.7% dəqiqliklə, kimliyini 73.6% dəqiqliklə, danışıq zamanı istifadə edilmiş konkret sözləri isə 33.3-41.6% dəqiqliklə müəyyənləşdirmək mümkün olub. OnePlus 7 modelində isə danışan şəxsin cinsini 77.7% dəqiqliklə, kimliyini 63% dəqiqliklə, danışıq zamanı istifadə edilmiş konkret sözləri isə 51.8% dəqiqliklə müəyyənləşdirmək mümkün olub. Mütəxəssislər qeyd ediblər ki, telefon danışıqlarının bu cür üsul vasitəsilə dinlənilməsi halları hələ təyin edilməyib.
Smartfonlarda telefon danışıqlarını dinləməyin YENİ ÜSULU
30
dekabr
13:57
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı