McAfee şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri Facebook-da Android üçün nəzərdə tutulmuş zərərli reklam tətbiqlərinin (adware) aktual olan reklam kampaniyalarını aşkar ediblər.
Sfera.az xəbər verir ki, nəticədə mütəxəssislər istifadəçilər tərəfindən ümumilikdə 7 milyon dəfə yüklənmiş zərərli tətbiqləri aşkar ediblər.
Aşkar edilmiş zərərli tətbiqlər Facebook daxilindəki reklam elanlarında cihazların performanslarının optimizasiyası, casus və reklam xarakterli tətbiqlərin silinmələri üçün nəzərdə tutulmuş adi tətbiqlər kimi qələmə verilib.
Lakin əslində həmin tətbiqlər smartfona quraşdırılandan sonra istifadəçiyə reklam elanlarını təqdim edirlər və istifadəçinin cihazında mümkün qədər uzun müddət ərzində qalmaq üçün müxtəlif tətbiqlərin adları və ikonları kimi maskalanırlar. Bəzi hallarda bu cür zərərli tətbiqlər həmçinin Google Play Store kimi də maskalanırlar. İstifadəçiyə reklam elanlarının təqdim edilməsi üçün aşkar edilmiş tətbiqlər Android Contact Provider adlı sistem komponentindən istifadə edirlər. Reklamların göstərilməsi prosesi cihaza hər yeni tətbiqin quraşdırılması zamanı baş verir və bu halda istifadəçi bunun səbəbinin quraşdırılan yeni tətbiqdə görür. Reklam elanlarının sərgilənməsi ilə məşğul olan zərərli tətbiqlərin siyahısı aşağıdakı kimidir.
Siyahıda olan bütün tətbiqlər artıq Google Play-dən siliniblər.(Lent.az)
"Facebook"da TƏHLÜKƏ: - Bunlardan ehtiyatlı olun
04
avqust
17:53

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər