Aktrisa Beren Saat yeni “Bihter”lə bağlı sualı cavablandırmaq istəməyib.
Sənətçi tıxacda maşınında görtüntülənib. Jurnalistlərin ““Aşk-ı memnu” serialı yenidən çəkilir. Bu dəfə Bihter Farah Zeynep Abdullah oldu. Siz nə düşünürsünüz” sualını eşidən Saat gülərək oranı tərk edib.

Qeyd edək ki, 2008-2010-cu illərdə izlənmə rekordları qıran serialda Bihter obrazına Beren Saat həyat vermişdi.
Onu da bildirək ki, “Aşkı Memnu” Halit Ziya Uşaklıgilin əsəridir. Əsərin ilk versiyası 1899-cu ildə “Servet-i Fünûn” dərgisində, daha sonra isə 1901-ci ildə kitab formasında təqdim olunub.

Serialın ilk versiyası isə 1975-ci ildə çəkilib. 1 sezon yayımlanan ekran işi 6 bölümdən ibarət olub. Həmin serialda Bihter obrazını isə Müjde Ar canlandırıb.
Onu da xatırladaq ki, bu dəfə hadisələr 1900-cü illərdə cərəyan edəcək, Film dijital platformalardan birində yayımlanacaq. Bihter rolunu Farahın oynayacağı dəqiqləşsə də, Behlüllə bağlı yayılan versiyalar təsdiqini tapmayıb. Türk mediasında yer alan xəbərlərdə sözügedən obraz üçün Çağlar Ertuğrulun adının çəkildiyi söylənilir.

скачать dle 12.1