“Azərkosmos" bu il 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin təşkil edilməsi məqsədilə sərgi pavilyonu konstruksiyalarının satın alınması tenderinə yekun vurub.
APA xəbər verir ki, tenderin qalibi Almaniyanın "Losberger De Boer" GMBH şirkəti seçilib. Qalib şirkətə müqavilə üzrə 6 milyon 178 min 775.6 manat ödəniləcək.
Qeyd edək ki, “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Bakıda keçiriləcək konqresdə kosmik sahənin aparıcı qurumlarından – ABŞ-ın (NASA), Fransanın (CNES), “Airbus”, “Boeing”, Yaponiyanın (JAXA), Türkiyənin (TUA) və bir çox digər dövlətlərin nümayəndələri də olmaqla 6 mindən çox qonaq bir araya gələcək. Konqresdə "Amazon"un qurucusu və rəhbəri Cef Bezos və ABŞ-ın "Space X" şirkətinin rəhbəri İlon Maskın da iştirakı gözlənilir.
İlon Maskın da olacağı tədbirdə 6 milyondan çox pul xərcləyəcəyik
25
yanvar
13:04
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı