"Tesla” və "SpaceX” şirkətlərinin sahibi İlon Mask Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibəyə görə təkbətək döyüşə çağırıb.
İlon Maskın çağırışına Çeçenistan rəhbəri Ramzan Kadırov münasibət bildirib və Putini müdafiə edib.
Kadırov İlon Maskı "Maska İlona” adlandırıb və Putinlə görüşə hazırlaşmaq üçün Çeçenistanda xüsusi təlimlər keçməyi təklif edib:
"Çox fərqli çəki dərəcələri var. Rinqin bir tərəfində biznesmen, digər tərəfində isə dünya siyasətçisi, strateq, Qərbin və ABŞ-ın tufanı. Maskın nəvazişkar İlonadan qəddar İlonaya çevrilməsi üçün "nasos” lazımdır. O, bununla bağlı Çeçenistanın bir neçə mərkəzində təlim keçməlidir”.
İlon Maskın cavabı isə çox gecikməyib:
"Təklif üçün təşəkkür edirəm, amma belə əla məşq mənə həddən artıq üstünlük verərdi. Əgər o (Putin) döyüşməkdən qorxursa, mən yalnız sol əlimdən istifadə etməyə hazıram, hətta solaxay da deyiləm”.
Maraqlıdır ki, İlon Mask istehza ilə Tvitterdə adını da dəyişərək "Elona Musk” qoyub.
Çeçenistan rəhbəri isə buna münasibət bildirərək, Maskın onun istəklərini dinləməsinə sevindiyini yazıb:
"Belə daha yaxşı olar. Biz həm də loqinin adını İlona Maska olaraq dəyişdirməliyik”.
İlon Maskın Putini təkbətək döyüşə çağırmasına Kadırov cavab verdi
16
mart
11:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat