İtaliya mətbuatında yer alan xəbərə görə; Mauro İkardi həyat yoldaşı Vanda Nara və uşaqlarının istifadə etdiyi şəxsi təyyarəsini geri alıb.

Vanda Nara ilə bütün körpüləri yandıran argentinalı hücumçu nəhayət ki, övladları Françeska və İzabellanı himayəsinə götürmək üçün hərəkətə keçib.
İkardi vəkillərinə uşaqlarına qəyyumluq etmələri və ya heç olmasa birgə nəzarətdə yaşamaları barədə göstəriş verib.