Lorinq 65 yaşında Kaliforniyada xəstəxanaların birində yüksək qan təzyiqinin səbəb olduğu insultdan sonra vəziyyətinin ağırlaşması nəticəsində vəfat edib.
Qeyd edək ki, Lorinq sözügedən serialda 6 yaşında olarkən məşhur obrazı canlandırıb. O, karyerası ərzində 20 film və serial rol alıb. Onun sonuncu layihəsi 2015-ci ildə ekranlara çıxan “Doktor Spin” filmi olub.