Uzun illər sonra səhnəyə qayıdan dünya şöhrətli müğənni Rihanna ikinci dəfə ana olacaq. O, “Super Bowl” konsertində çıxışı zamanı göbəyini göstərib. Qırmızı rəngli geyimində göbəyi açıq-aşkar görünən müğənni şad xəbəri belə vermək qərarına gəlib. Qeyd edək ki, Rihannanın repçi ASAP Rocky ilə münasibətindən bir oğlu var.