Hollivudun yeni filmi “Ekstrapolyasiya”nın ilk fraqmentləri yayımlanıb. Film günümüzə işıq tutmaqla yanaşı, qaranlıq gələcəyimizdən xəbər verdiyi və bunu elmi materiallarla əsaslandırdığı üçün insanlarda qorxu yaradıb.
Kit Harinqton, Edvard Horton, Meril Strip kimi ulduzların rol aldığı fəlakət filmi Yer kürəsinin qütblərinin yer dəyişməsi səbəbilə yaranan təbii fəlakətlərdən, insanların çıxış yolları aramasından bəhs edir. 
Çoxseriyalı film şəklində insanlara təqdim olunacaq ekran işi yaxın  gələcəkdə ekoloji  tarazlığın pozulmasının acı nəticələrini əks etdirir.
Film martın 17-dən Apple TV-də nümayiş etdiriləcək.скачать dle 12.1