“Komandaya qələbə qazandıran qolu vurmaq üçün hər kəsdə inam olmalıdır. Bizim hamımızda bu inam var idi”.
“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent” üzərində qazandıqları 1:0 hesablı qələbəni dəyərləndirərkən deyib.
Qarşılaşmada yeganə qolun müəllifi olan kabo-verdeli yarımmüdafiəçi matçın ağır keçəcəyini öncədən bildiklərini söyləyib:
“Çünki qarşımızda çətin rəqib var idi. Buna rəğmən qələbə qazandıq. Heyətdə dəyişikliklər olduğunu da nəzərə almaq lazımdır. Bir çox futbolçular qış fasiləsində komandanı tərk etdilər. Əvəzində yeni oyunçular gəldilər. Amma yenə də qalib gəldik. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır”.
Andrade qələbə qolunu onun vurmasının o qədər də vacib əhəmiyyət kəsb etmədiyini, komandanın qələbə qazanmasının daha vacib olduğunu vurğulayıb:
“Meydana çıxanda hamımızın istəyi qələbə qazanmaq olur. Belə də davam etməliyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gentdə keçiriləcək.
Leandro Andrade: “Qələbə qolunu vurmaq üçün inam olmalıdır”
17
fevral
11:03
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev