Ermənistanın sabiq prezidenti Serj Sarkisyan barəsindəki cinayət işi üzrə daha 1 şahid dindirilib.
APA xəbər verir ki, məhkəmə hakim Vaqe Miskayanın sədrliyi ilə keçirilib.
İclasda Serj Sarkisyan və iş adamı Baqrat Beqlaryan da iştirak edib.
Şahidlərdən biri – Kamo Melkonyan ölkə xaricində olduğu üçün ifadə verə bilməyib. Digər şahid, Arsen Arutunyan isə 2011-2014-cü illərdə “Maksur” şirkətinin formal direktoru olub, yalnız təşkilati və maliyyə işləri ilə məşğul olub.
O, dövlət ittihamçısının suallarına qarşılıq olaraq çox şeyi yaxşı xatırlamadığını deyib.
Onun ifadəsindən sonra digər şahidlərin dindirilməsi ilə bağlı məhkəmə təxirə salınıb.
Növbəti iclas martın 9-na təyin olunub.
Xatırladaq ki, Ermənistanın 3-cü prezidenti olan Serj Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. Serj Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən, ittiham irəli sürülüb. Serj Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.
Serj Sarkisyanın cinayət işi üzrə daha bir şahid dindirilib
23
fevral
18:00
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı