Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan kəskin respirator infeksiyası səbəbindən məhkəmə iclasına gəlməyib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında onun vəkili Amram Makinyan deyib.
Vəkilin sözlərinə görə, Sarkisyanın vəziyyəti dünən gecə daha da pisləşib.
"Həkim onu müayinə edib və kəskin respirator infeksiyası diaqnozu qoyub. Vəziyyəti dəyişmir", - deyə Makinyan əlavə edib.
O, məhkəməyə keçmiş prezidentin diaqnozunu təsdiqləyən sənəd təqdim edib. Bildirib ki, S.Sarkisyana evdə müalicə təyin edilib.
Sabiq prezidentin iştirak etməməsi səbəbindən hakim Vahe Misakyan iclası təxirə salıb. Prokuror Arsen Martirosyan isə Sarkisyanın artıq neçənci dəfədir ki, iclasda iştirak etməməsindən narazılığını bildirib.
Növbəti məhkəmə iclası 22 oktyabr tarixinə planlaşdırılıb.
Xatırladaq ki, Serj Sarkisyana qarşı cinayət işi keçən ilin sonunda başladılıb. Eks-prezident 1 milyon dollardan artıq dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir.
Serj Sarkisyanın səhhəti pisləşdi
03
sentyabr
00:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat