Türkiyənin ticarət naziri Mehmet Muş və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Vaşinqtonda ABŞ Ticarət Palatası və Türkiyə Ticarət Palata və Birjaları Birliyinin (TOBB) birgə təşkil etdiyi Türkiyə-ABŞ biznes forumunda iştirak ediblər.
Kalın Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibinin müavini Viktoriya Nuland və ABŞ Konqresinin bəzi üzvləri ilə əhəmiyyətli təmaslarda olub.
“Ciner” Media Qrupunun ABŞ-dakı nümayəndəsi Əli Çinar bildirib ki, görüşlər zamanı zəlzələ qurbanlarına yardımdan tutmuş “Taxıl dəhlizi” sazişinin uzadılmasında Türkiyənin roluna, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarından tutmuş, İsveç və Finlandiyanın NATO-ya qoşulmasınadək bir çox qlobal və regional məsələlər müzakirə olunub.
“Ən mühüm nəticə Finlandiya və İsveçlə bağlı qərar oldu. Prezidentin sözçüsü Kalın, Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasına yaşıl işıq yandıracağını dedi”, - Çinar bildirib.
Xatırladaq ki, sabah Finlandiya Prezidenti Sauli Niinistö Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Mənbə: octagon.media
Türkiyə Finlandiyanın NATO üzvlüyünə razılıq verəcək
17
mart
10:36
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı