İsrailin xarici işlər naziri Eli Koen İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasını şərh edərkən Tehranla bağlı kifayət qədər sərt açıqlama verib.
Bu barədə “Time of Israel” məlumat yayıb.
“İran qonşularını hədələyir. Onların arasında ən yaxın qonşular da ola bilər, Səudiyyə Ərəbistanı da. Səudiyyə Ərəbistanına hücumu xatırlayırıq. İran "xərçəng xəstəliyi" kimidir. İran hansı ölkəyə müdaxilə edirsə, o ölkəni məhv edir. Livanda baş verənlərə baxın. Bu, Hizbullah vasitəsilə edilir. Görün İran Suriyanı necə məhv etdi, Yəməndə, İraqda nə etdi. İran dünyada terroru maliyyələşdirən bir nömrəli ölkədir”, - Eli Koen bildirib.
O əlavə edib ki, dünyada və regionda sabitliyin təminatı İranın nüvə silahına malik olmasına imkan verməməkdir.
"Biz bu məqsədə çatmaq üçün daha çox ölkənin bizə qoşulmasını gözləyirik", - nazir qeyd edib.
"İran "xərçəng xəstəliyi" kimidir, hansı ölkəyə müdaxilə edirsə..." - İsrail XİN rəhbəri
30
mart
10:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat