Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avrasiya regionu üzrə direktoru Martin Şüeppdən bəyanat yayıb.
BQXK-nın Azərbaycan nümayəndəliyindən Bakısəsinə daxil olan bəyanatda deyilir:
“Minlərlə mülki şəxslə bərabər, BQXK bu gün cəbhə xəttinin hər iki tərəfində ölüm hallarına, yaralanmalara və dağıntılara səbəb olan yaşayış yerlərinin intensiv şəkildə mərmi atəşinə məruz qalmasına şahid olub. Bu, qəbuledilməzdir. Təəssüf ki, iki uşaq atası olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsü də bu atışmalarda həyatını itirib. Daha iki könüllü isə yaralanıb. BQXK, könüllünün ailəsinə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dərin hüznlə baş sağlığı verir.
Sentyabr ayının sonunda gərginləşmənin yenidən başlamasından etibarən BQXK tərəfləri mülki şəxsləri və xəstəxana, məktəb, market və mədəni abidələr kimi mülki infrastrukturu fərqləndirmək və müdafiə etmək üçün lazım olan bütün mümkün tədbirləri görməyə çağırıb. Bunlar könüllü olaraq görülə biləcək tədbirlər deyil. Bunlar beynəlxalq humanitar hüquq əsasında müəyyən edilmiş öhdəliklərdir.
Sonuncu hadisələr onu göstərir ki, Dağlıq-Qarabağ münaqişəsinin nəzarət altından çıxma riski mövcuddur. Regionda yaşayan mülki şəxslər bu hadisələrin fəsadlarından əziyyət çəkirlər. Mülki şəxslərin ölüm halları narahatedici həddə artıb. Bununla bərabər, onlar bütün həyatlarını dəyişən yaralanmalara məruz qalırlar. Eyni zamanda, xəstəxanalar da daxil olmaqla mülki infrastruktura əhəmiyyətli dərəcədə ziyan dəyib.
BQXK tərəflərə beynəlxalq humanitar hüquq əsasında öhdəliklərini xatırlatmaq üçün ikitərəfli, konfidensial dialoq aparır. Şahidi olduğumuz bu dəhşətli mənzərə davam edə bilməz”.
“Şahidi olduğumuz bu dəhşətli mənzərə davam edə bilməz“ - BQXK
29
oktyabr
15:36
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev