Məhkəmə eksperti Sevil Atasoy qatıldığı proqramda şəxsi həyatı ilə bağlı etiraflar edib.
Xarici mətbuat xəbər verir ki, gənc yaşlarında atası tərəfindən təzyiqlərə məruz qaldığını açıqlayan Atasoy buna görə erkən yaşda ailə qurduğunu, lakin səhv etdiyini bildirib:
“Çox erkən evlənməməlisən. Atanın və mühitin təzyiqi üzərimdə çox idi. Atam da məhkəmə eksperti idi, ona görə də qızının axşam çölə çıxmasını istəmirdi. Dostumun evində bir gecə belə qalmadım. Atamın evindən qaçmaq üçün evləndim, amma bu düzgün olmadı. Atam orta məktəbdən bəri görüşdüyüm adamı (Faruk Atasoy) solçu olduğu üçün istəmirdi.
“Kommunistə qız vermirəm” dediyi üçün sevdiyim adamla yox, başqası ilə evləndim. Amma sonra Farukun yanına qayıtdım və bir qızımız oldu. O proses Faruk üçün də, mənim üçün də çox çətin oldu. Birinci həyat yoldaşımla evil olarkən çamadanımı götürüb sevdiyim adamın yanına qaçdım. Faruk Ankarada tələbə evində qalırdı, məni qarşısında çamadanla görəndə az qala huşunu itirəcəkdi. Həyat bizi uzun illərdən sonra birləşdirdi. Faruk çox ağıllı adamdır. Qadınları anlayan kişilər var, Faruk da belədir”.
Sevil Atasoy Faruk Atasoydan boşandıqdan sonra üçüncü dəfə evləndiyini, lakin ondan ayrılaraq yenidən Atasoya qayıtdığını açıqlayıb:
“Üç dəfə evləndim, indi yenidən ikinci həyat yoldaşımın yanındayıq. Birlikdə tətilə gedirik, amma evlilik yoxdur”.
"Üç dəfə evləndim, amma yenə ona qayıtdım" - MƏHKƏMƏ EKSPERTİ
07
aprel
11:47
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı