"Mənim atam igiddir, heç nədən heç zaman qorxmayıb. 28 il idi arzulayırdı ki, Qarabağ alınsın. Atamın arzusu gerçək oldu. Atam şəhidlik zirvəsinə ucaldı. Onun igidliyi məndə yoxdur. Amma bildiyi hər şeyi mənə öyrədib. Avtomatları bilirəm, bombanı necə atırlar öyrənmişəm. Amma mənim atamla bağlı arzularım var idi, onları yarımçıq qoyub getdi".
Bu sözləri şəhid Teymur Abbaslının oğlu Feyruz Abbasov "Bizimləsən" proqramında deyib. Atası ilə bağlı arzularını danışan Feyruz studiyadakıları göz yaşına boğub:
"Atam mənim təhsilimə önəm verirdi. Deyirdi "Oxford"da oxudacam səni. Atamla xəyallarım çox idi. İnana bilmirəm ki, o, şəhid olub. Elə bilirəm qapı döyüləcək və gələcək. Hələ də o hiss məndə var. Amma olmur... Yalnız atamla cənnətdə görüşəcəm. Atamın arzusunu gerçəkləşdirəcəm, gələcəkdə pilot olacam. Özü də hərbi pilot olmaq istəyirəm. Deyirdim ki, ata, səni də təyyarəyə otuzdurub göylərdə gəzəcəyik. Nəsib olmadı".
Şəhidin kiçik oğlu Siruz isə "Atam şəhid oldu. 28 il nə arzuladısa, onu da yaşadı. Deyirdi ki, yalvarsanız da müharibəyə gedəcəm. Deyirdik, ata getmə, amma getdi. Bizi qoyub canından Vətən üçün keçdi. Onun tabutu evimizə sığışmadı, həyətdən də dəfn olunmağa aparıldı" sözlərini söyləyib.
"Atam arzularımı yarımçıq qoyub getdi" - Şəhid övladı (VİDEO)
11
dekabr
12:40

Qarabağ
KOMMENTLƏR
“Bu gün atamın qəbri üstünə gedib yüksək səslə qışqırdım ki...” - Məhəbbət Kazımovun oğlu
28 ermənini məhv edən şəhidin atası: “Ölümünə inanmadım, elə bilirəm...” - VİDEO
Şəhid polkovnikin oğlu: “Atamın qisası alındı” (VİDEO)
“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist
"Atamın nəşini qəbrdən çıxaracağam" — Məhəbbət Kazımovun oğlu
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat