Britaniya alimləri sosial şəbəkələrin yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərdiyinə dair sübut tapmayıblar.
Bununla bağlı araşdırmalar “Journal of Medical Internet Research” jurnalında dərc olunub.
ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) məlumatına görə, hər yeddi yeniyetmədən biri (10-19 yaş) psixi pozğunluqdan əziyyət çəkir və bütün psixi xəstəliklərin yarısı 14 yaşından başlayır.
Ekspertlərin fikrincə, son 20 ildə psixi pozğunluğu olan gənclərin sayı artıb və bunun səbəbini çox vaxt sosial şəbəkələrlə əlaqələndirirlər.
Tədqiqatçılar 12-13 yaş arasında sosial mediada sərf olunan saat sayını beş ballıq sistemlə “yeddi saat və ya daha çox”a qədər qiymətləndiriblər. Daha sonra onlar uşaqların özlərinə qarşı davranışı və psixi sağlamlığı ilə bağlı məlumatlara baxıblar.
Tədqiqatda 3000-ə yaxın uşaq iştirak edib. Onları bir neçə il izləyiblər. Nəticədə yeniyetmələr arasında sosial mediada çox vaxt keçirməyin psixi sağlamlıqla əlaqəli olduğuna dair heç bir sübut tapılmayıb.
O da qeyd edilib ki, sosial medianın gənclərin şəxsiyyətinə mənfi təsiri ola bilər.
“Bizim tapıntılar sosial medianın gənclərin psixi sağlamlığına hamının düşündüyü kimi zərərli təsiri yoxdur. Ancaq biz onu da başa düşməliyik ki, sosial media gənclərin psixi sağlamlığına həm müsbət, həm də mənfi təsir göstərə bilər və hələ də cavabsız suallar çoxdur”, - deyə alimlər izah ediblər.
Sosial şəbəkələr yeniyetmələrin psixi sağlamlığını pozmur – Alimlər
17
aprel
17:25
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı