Mütəxəssislərin fikrincə, koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında hələ uzun müddət hiss olunacaq.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun rəhbəri doktor Hans Klyuqe bəyan edib.
O xatırladıb ki, Beynəlxalq Əmək Təşkilatları tərəfindən aparılan sorğulara görə, 19-29 yaşında olan hər ikinci gənc həyəcan və ya depressiya yaşayır. ÜST-nin təmsilçisi vurğulayıb ki, bu tendensiya digər yaş qruplarına da aiddir. Adətən belə xəstəliklər tez-tez və daha kəskin formada qış aylarında baş verir ki, bu da pandemiya fonunda əhalinin sağlamlığı üçün çox ciddi təhlükə yarada bilər.
H.Klyuqenin fikrincə, Yeni il öncə ən yaxşı hədiyyə - insanların həm öz, həm də başqalarının psixi sağlamlıqlarının qayğısına qalmaq ola bilər.
O, sosial resursları əhalinin ən həssas qruplarının dəstəyinə səfərbər etməyi təklif edib. Bundan başqa, ÜST-nin Avropa bürosunun rəhbəri region hökumətlərini insanların psixi sağlamlığının qorunması proqramlarına vəsait qoymağa çağırıb: “Vaksinlərin artıq əlçatan olması uğurlu gələcəyə ümidimizi artırır. Amma hələ bir neçə ay da dözməliyik”. /Azərtac
Koronavirusa yoluxma qorxusu əhalinin psixi sağlamlığında…
20
dekabr
09:48

Qarabağ
KOMMENTLƏR
Avropanın koronavirusa qarşı mübarizə strategiyası açıqlanıb
Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır - ÜST
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
ÜST: Avropada hər gün 26 mindən çox yoluxma halı qeydə alınır
Gəray Gəraybəyli: Azərbaycanda əhali arasında daha çox depressiya kimi psixi xəstəlik müşahidə edilir (ÖZƏL
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər