Ermənistanın indiki rəhbəri Nikol Paşinyan Qarabağda yaranmış vəziyyətə görə özü günahkardır.
Bu barədə PolitWera internet-kanalının efirində istefada olan rusiyalı polkovnik, Rusiyanın Belarusda regional qoşun qruplaşmasının yaradılması üzrə işçi qrupunun üzvü olmuş Vladimir Truxan deyib.
Truxan qeyd edib ki, Paşinyan “rəngli inqilabların” sponsoru olan amerikalı milyarder Corc Sorosun adamıdır. “O, Paşinyan artıq başa düşür ki, müharibəni demək olar uduzub. Çünki onlar (Ermənistana rəhbərlik edənlər) orada (Qarabağda) pul qazanmaqla məşğul olanda Azərbaycan düşünülmüş şəkildə müharibəyə hazırlaşırdı. Üstəlik mən Türkiyənin az qala Rusiyanı orada ələ saldığı barədə qışqıran “qaynar başları” soyutmaq istəyirəm,-belə deyil, ermənilər hərbi planda bir az ağılsız oldular, onlar həmin qruplaşmanı ora yerləşdirəndə anlamadılar ki, Azərbaycan necə onu əzəcək”,-polkovnik bildirib.
Truxan əlavə edib ki, Paşinyan 2018-ci ildən bəri ardıcıl olaraq Rusiya ilə münasibətləri bütün istiqamətlərdə korladı. “Biz bu haqda sizin efirinizdə danışmışıq, 2019-cu ildən bəri Moskvadan heç kim Paşinyanla düz-əməlli ünsiyyət saxlamırdı, indi o Putinin tualetinin qabağında ulayır. Paşinyan Müdafiə Nazirliyinin bütün rəhbərliyini sıradan çıxardı, onları çıxarıb yerinə öz “sorosçularını” qoydu. Onların müdafiə naziri var, heç vaxt orduda xidmət etməyib və NATO ilə koordinasiyadan başqa heç bir hərbi təcrübəsi yoxdur. Əvəzində onlar bütün NATO məşğələlərində iştirak etdilər və bax bütün məsələ də bundadır. Kim onlara kömək etdi? Bax ona görə də o (Paşinyan) indi Rusiyaya müraciət edib”,-V.Truxan deyib. / Virtualaz.org
“Paşinyan indi Putinin tualetinin qabağında ulayır” - Vladimir Truxan
02
noyabr
13:08
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev