Vyanada baş verən silahlı insidentlərin təfərrüatları məlum olub.
Bakısəsi Report-a istinadən xəbər verir ki, Vyanada tüfənglə silahlanmış bir neçə nəfər altı fərqli məkanda ətrafa atəş açıb. Hücumlardan biri Şvedenplats meydanında, sinaqoqun yaxınlığında baş verib. İlkin xəbərlərdə hücumun əsas hədəfinin sinaqoq olduğu barədə məlumatlar yayılıb.
Yəhudi Dini İcmasının Prezidenti Oskar Doyç isə Avstriya Teleradiosuna (ORF) müsahibəsində bildirib ki, cinayətkar dəstə sinaqoqu hədəfə almayıblar. O, sinaqoqun daim mühafizə edildiyini və həmin saatda məbəddə heç kimin olmadığını bildirib.
Son məlumata görə, baş verən silahlı hücumlar nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.
Polis silahlı şəxslərdən birini zərərsizləşdirə bilib. Silahlılardan dördü təslim olsa da, digər üçü hadisə yerindən qaçıb. Hazırda şübhəli şəxslərin axtarışı üçün əməliyyat keçirilir.
Avstriya Kansleri Sebastyan Kurtz Vyanada baş vermiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, silahlı insidentin motivləri hələ məlum deyil.
Əhaliyə ictimai yerlərdə olmamaq tövsiyə olunub, məktəblər də bağlanıb. Avstriya, qonşu ölkələrlə razılaşaraq, təhlükəsizliyin artırılması çərçivəsində sərhəd nəzarətini gücləndirib.
Vyanada terror aktı törədilib, ölənlər və yaralananlar var
03
noyabr
10:18
Qarabağ
KOMMENTLƏR
Almaniyada sutka ərzində ikinci silahlı insident - Azı 2 ölü
Suriya partlayışdan sonra qaranlığa qərq oldu
Terroristlər Türkiyədəki mülki şəxsləri hədəfə aldı - Ölənlər və yaralananlar var
Moskvada iki qrup arasında silahlı atışma - VİDEO
Tibbi maska satan şirkətdə silahlı insident: 4 nəfər güllələndi (FOTOLAR)
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev