İngiltərədə Paris Mayo 15 yaşında uşaq dünyaya gətirib. Daha sonra o, körpəsini boğaraq zibil qutusuna atıb. 
Xarici KİV xəbər verir ki, qandonduran  hadisə 2019-cu ildə baş verib. Belə ki, Mayo valideynləri evdə olarkən uşaq dünyaya gətirib. Qız ailəsi xəbər tutmasın deyə,  yeni doğulmuş körpəsini boğub. Daha sonra isə o, övladını zibil qutusuna atıb.  
Səhəri gün Paris Mayo  valideynlərinə zibil qutusunu atmasını istəyib. Ana zibil torbasının içində cansız körpə cəsədini görüb.  Hadisədən şoka düşən qadın polisə xəbər verib. Polis qrupları Parisi saxlayıb. 
Mayo ifadəsində hamilə olduğunu bilmədiyini deyib.  O,  ailəsindən gizli saxlamaq üçün körpəni evdə doğduğunu və  öldürdüyünü də açıqlayıb. Paris 2019-cu ildə törətdiyi qətldə təqsirli bilinib və qətlə görə mühakimə olunur. 19 yaşlı Parisin məhkəmə işi davam etdirilir. 
 
  • 15 yaşlı qız yeni doğulmuş körpəsini boğaraq öldürdü - FOTO
  • 15 yaşlı qız yeni doğulmuş körpəsini boğaraq öldürdü - FOTO

скачать dle 12.1