Braziliyada yaşayan 26 və 20 yaşlı Karlos Konrado və Roziyani Korreya cütlüyü yeni doğulan körpələrini qayışla döyərək öldürüb.
Onlar cinayəti törətdikdən sonra cəsədi zibil qutusuna atıblar.
Zibil toplayanın metal parçalar axtararkən fərq etdiyi körpənin cansız bədəni hadisə yerinə gələn polis qrupları tərəfindən meyitxanaya aparılıb. Hadisəni araşdıran qruplar təhlükəsizlik kameraları hesabına körpəni öldürən qatillərin valideyn olduğunu təyin edib. Cütlük və cinayətə kömək edən körpənin dayısı nəzarətdə saxlanılır, istintaq prosesi davam edir.скачать dle 12.1