ABŞ İsrailə İranın hərəkətlərinə cavab vermək üçün birgə hərbi planlar barədə təklif göndərib.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, bu, ABŞ və İsrail arasında hərbi əməkdaşlığın əhəmiyyətli inkişafına səbəb olacaq görünməmiş təklifdir. Bu fikirlər ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley və ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Maykl Kurillanın İsrailə son səfərləri zamanı Tel-Əvivin diqqətinə çatdırılıb.
Bununla belə, burada söhbət İrana qarşı hər hansı zərbənin planlaşdırılmasından getmir.
Tərəflər İranla bağlı müxtəlif fövqəladə hallar zamanı planlar mübadiləsi aparacaq və Tehranın regiondakı fəaliyyəti ilə bağlı yaranan müxtəlif vəziyyətlərdə necə davranmağı müzakirə edəcəklər.
Portal qeyd edir ki, iki həftə əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunda çıxışı zamanı İsraili narahatlığa əsas olmadığına inandırmağa çalışıb.
“Biz açıq şəkildə bildirdik ki, İranın nüvə silahına malik olmasına heç vaxt icazə verilməyəcək. ABŞ Prezidenti Cozef Baydenin dəfələrlə dediyi kimi, o, bu məqsədə çatmaq üçün lazımi tədbirləri görəcək, o cümlədən İsrailin fəaliyyət azadlığını tanıyacaq”, - Sallivan bildirib.
ABŞ İsrailə İranla bağlı birgə hərbi planlar təklif edib
18
may
11:51
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı