Moldovanın bir sıra aparıcı KİV-də Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun “Qarabağda 30 ildir ki, Azərbaycan məscidlərində donuzlar saxlanılır" adlı məqaləsi dərc olunub.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 1988-ci ilədək təxminən 403 tarixi və dini abidə: məscidlər, məbədlər, ziyarətgahlar var idi. İlk öncə, son 30 ildə ermənilər İslam dini abidələri: məscidləri, məqbərələri və s. məhv edib. Belə ki, 67 məsciddən 63-ü tamamilə, 4-ü qismən dağıdılıb.
“Yalnız beynəlxalq təşkilatların təzyiqi nəticəsində Ağdamdakı Cümə məscidinin, Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərinin və Şuşadakı Saatlı məscidinin divarları bütöv saxlanılıb. Lakin onların içərisində donuz və mal-qara saxlanılır, bu da ermənilərin ədəbsizliyi və azərbaycanlılara nifrətinin göstəricisidir”, - yazıda deyilir.
Bundan əlavə yazıda vurğulanır ki, işğal olumuş ərazilərdə bir çox məbədlər Qriqoryan kilsələrinə çevrilib və erməniləşdirilib. Eyni zamanda qeyd olunur ki, çay, göl, kənd və şəhər adları da dəyişdirilərək, erməniləşdirilib. “İslama aid tarixi abidələrin ermənilər tərəfindən amansızlıqla məhv edilməsinin səbəblərindən biri də üzərində müsəlman epiqrafiyası olan yazıların olmasıdır. Bu fakt dini abidələrin erməniləşdirilməsinə əngəl yaradır, və onların Azərbaycana məxsus olmadığı kimi təqdim etməyi və bu torpaqların həmişə ermənilərə məxsus olduğunu söyləməyi mümkünsüz edir”,- məqalədə deyilir.
Sonda qeyd olunur ki, Ermənistanın Azərbaycan xalqının mədəni irsini məhv etməyə və saxtalaşdırmağa yönəlmiş fəaliyyəti bütün bəşəri mədəniyyətə təcavüzdür. “Erməni vandalları bu hərəkətlərinə görə cavab verməli, cəzalandırılmalı və dünya ictimaiyyəti bu faktı diqqətdən kənarda qoymamalıdır”,-yazıda bildirilir.
Məqalə timpul.md, ava.md, tribuna.md, ipn.md saytlarında dərc olunub.
Məscidlərdə donuz saxlanılması faktı beynəlxalq mediada
05
noyabr
14:08
Qarabağ
KOMMENTLƏR
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
"Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib" - Prezidentin köməkçisi
Ermənistanın növbəti məscid təxribatı
Ermənistana “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə siyasətini bir daha sübut edir
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev