NVIDIA şirkətinin CEO-su Jensen Huang hal hazırda keçirilən Computex 2023 sərgisində süni zəka texnologiyası ilə bağlı fikirlərini səsləndirib.
Technote xəbər verir ki, onun fikrincə süni zəka əsaslı güclü sistemlərin daha geniş miqyasda yayılmaları nəticəsində insanlar rəqəmsal maneələrdən yan keçə və proqramçı peşəsinə yiyələnə biləcəklər.
“Hər bir dövr hesablama texnikasında daha öncə mümkünsüz hesab edilmiş müəyyən nailiyyəti ilə seçilir. Süni zəka yeni inkişaf mərhələsi olub. Proqramçı peşəsinə yiyələnmə prosesinin qarşısında duran maneə artıq çox kiçikdir. Hal hazırda demək olar bütün istifadəçilər proqramçıdırlar. Sadəcə olaraq kompüterdən müəyyən əməliyyatın yerinə yetirilməsini istəmək lazımdır” - deyə Jensen Huang bildirib.
Qeyd etmək lazımdır ki, NVIDIA şirkətinin bu il ərzində bazar dəyəri demək olar 1 trilyon dollara çatıb. Bunun əsas səbəblərindən biri də şirkətin öz məhsullarında süni zəka imkanlarından maksimal dərəcədə istifadə etməsidir. Məsələn artıq bütün dünyada məşhur olan süni zəka əsaslı ChatGPT çat-botu məhz NVIDIA şirkətinin qrafik prosessorları vasitəsilə çalışır.
"Hər bir insan süni zəka vasitəsilə proqramçı ola biləcək" - NVIDIA-nın CEO-su
30
may
15:11
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı