2023-cü il qlobal temperaturun yüksəlməsinə görə planetimizdə ən isti il ola bilər.
Alimlər xəbərdarlıq edirlər ki, bu il qlobal temperaturun sıçrayışı səbəbindən ən isti ili ola bilər.
Xarici media bildirir ki, ekspertlərin qiymətləndirməsinə görə, iyun ayında qlobal temperatur rekord həddə yüksəlib. İstinin 1979-cu ildən bəri hər zamankindən demək olar ki, bir dərəcə yüksək olduğunu söyləyən alimlər yaxın aylarda əvvəllər istilərin müşahidə olunmadığı bölgələrdə də temperaturun kəskin sıçrayışını gözləyə biləcəyimizi qeyd edirlər.
Pensilvaniya Universitetinin iqlimşünası Maykl Mann izah edib ki, qlobal səth temperaturu anomaliyası hazırda rekord səviyyələrdə və ya ona yaxındır və 2023-cü ilin rekord səviyyələrdə ən isti il olacağı demək olar ki, dəqiqdir. İqlimşünaslar 2023-cü ilin mayının artıq 174 ildə üçüncü ən isti ay olduğunu deyirlər.
Ümumdünya Meteorologiya Təşkilatı xəbərdarlıq edib ki, El- Nino (Sakit Okeanın ekvatorial səth sularının temperaturu dəyişkənliyi, iqlimə nəzərəçarpacaq dərəcədə təsir göstərir) və həmçinin emissiyalar səbəbindən qarşıdakı beş il ərzində qlobal temperaturun kəskin yüksəlməsi ehtimalı var.
Əlavə edək ki, alimlərin son məlumatlarına görə, Yer kürəsində qlobal istiləşmənin qarşısını yalnız bir sıra ölkələr qətiyyətlə hərəkət etməyə başlasalar, almaq olar. Mütəxəssislər əmindirlər ki, Çin və Hindistan 5 ildən sonra kömürdən imtina etməyə başlasalar, 2 dərəcə istiləşmədən qaça biləcəklər. Amma bu, bir şərtlə ki, imtina nisbəti Almaniyanın göstəricisini üstələsin və Böyük Britaniya səviyyəsində olsun.
Bu il heç vaxt baş verməyən istilər olacaq - PROQMOZ
16
iyun
12:04
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı