Yeməklərimizin ən əsas tərkib hissəsi olan düyü bütün dünyada tez-tez istehlak edilən bir qida nümunəsidir. Son vaxtlar bahalaşma bəzi işbazların bazara saxta düyü çıxartmağına şərait yaradıb. Bu gün plastik və xarici maddələr qarışdırılaraq satılan düyünün qiyməti normadan aşağıdır.
Xarici mətbuat xəbər verir ki, ona görə də alarkən qiymət uyğunluğuna aldanmamaq lazımdır.
Təbii ki, bu məhsulu istehlak etmək çox təhlükəlidir. Araşdırmalara görə, bu plastik düyüdən 3 porsiya istehlak etmək bir kiçik plastik torba yeməyə bərabərdir.
Bəs, saxta düyünü necə ayırd etmək olar?
1. Bir stəkan suya bir çay qaşığı çiy düyü əlavə edin. Əgər bütün düyü su altında qalıbsa, aldığınız düyü saxta deyil. Əgər düyü suyun üzərində üzürsə, deməli düyü saxtadır.
2. Alışqan və ya kibritlə düyünü yandırmağa çalışın. Birdən alov alsa, bilin ki, saxtadır.
3. Hər hansı bir vasitə ilə əzdiyiniz düyü dənələri ağ toz halına gəlirsə, heç bir problem yoxdur. Əgər əzilmiş düyüdə sarılıq varsa, həmin düyü saxtadır.
4. Düyünü bişirib, hava keçirməyən qaba qoyun. Bir neçə gündən sonra düyüdə kif yoxdursa, deməliu bu düyü saxtadır.
Saxta düyünü necə aşkar etmək olar?
21
iyun
12:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat