Youtube rəsmiləri vidseoservis üçün nəzərdə tutulmuş yeni funksiyadan danışıblar.
Xarici KİV xəbər verir ki, məlumatda qeyd edilib ki, yeni funksiya Youtube-dakı videolara süni zəka tərəfindən öncədən dublyaj edilmiş səsləndirməni əlavə etmək imkanını verəcək. Sözügedən yeni funksiya Google şirkətinin Google Area 120 inkubatorunda olan Aloud adlı layihə tərəfindən reallaşdırılıb. Sözügedən yeni funksiya çərçivəsində süni zəka alqoritmi videodakı danışıqları mətn formatına çevirərək videonun müəllifinə təqdim edəcək.
Müəllif isə öz növbəsində mətn ilə tanış olaraq istəyə uyğun düzəlişləri əlavə edəcək. Daha sonra alqoritm mətni lazım olan dilə tərcümə edəcək və onu səsləndirəcək. Məlumatda qeyd edilib ki, bu yeni funksiya artıq bir çox Youtube kanalı çərçivəsində test edilir. Hal hazırda yalnız ingilis dilindən ispan və portuqal dillərinə dublyaj aktivdir. Lakin gələcəkdə perspektivli dublyaj dillərinin sayı arta bilər. Süni zəka vasitəsilə hazırlanmış dublyaj öz növbəsində Youtube kanallarına öz istifadəçi kütlələrini artırmaq imkanını verəcək. Bu funksiyanın 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
"YouTube"da videoları süni zəka dublyaj edəcək
23
iyun
15:38

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər