Türkiyənin məşhur aktrisası, "Yalı Çapkını" serialının ulduzu Afra Saraçoğlu "Fənərbağça"dan "Real Madrid"ə trasnfer olan Arda Gülerlə bağlı paylaşım edib.
Aktrisa instaqram hesabında Gülerin fotosunu paylaşaraq bu sözləri qeyd edib:
"Yolun açıq, şansın bol olsun!"
Xatırladaq ki, 18 yaşlı futbolçu "Real Madrid"ə transfer olub.
Madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək.
Bundan başqa, İstanbul təmsilçisi futbolçunun növbəti satışından 20 faiz pay alacaq.



 
скачать dle 12.1